“Rusiya dünyada AES-dən terror üçün istifadə edən ilk ölkə oldu” - Zelenski

7-08-2022, 10:43           
“Rusiya dünyada AES-dən terror üçün istifadə edən ilk ölkə oldu” - Zelenski
“Rusiya qoşunları dünyada ilk dəfə olaraq atom elektrik stansiyasından (AES) terror üçün istifadə etdilər”.

“Report”un “RBC-Ukraina”ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

Prezident Zaporojye Atom Elektrik Stansiyasının ətrafında ciddi gərginliyin olduğunu qeyd edib.

"Rusiya terrorçuları Avropada ən böyük atom elektrik stansiyasından dünyada ilk dəfə terror üçün istifadə ediblər. Biz dünyanın diqqətini buna cəlb edəcəyik və belə bir qlobal təhlükə yaratdığına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində israr edəcəyik", - dövlət başçısı deyib.

Xatırladaq ki, avqustun 5-də Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını iki dəfə atəşə tutublar. Nəticədə radioaktiv maddələrin yayılması təhlükəsi ortaya çıxıb.

Zelenski Rusiyanın bu cür hərəkətlərini terror adlandırıb və dünya ölkələrini, beynəlxalq təşkilatları “Rosatom”a qarşı sanksiyalara çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru