Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

8-08-2022, 08:55           
Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək
Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək.

Teleqraf.com xəbər verir ki, adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq.

Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil alacağı bildirilib.

Qeyd edək ki, bir gün əvvəl, avqustun 6-da genişmiqyaslı təlimlər fonunda ÇXR-in Tayvana 20 təyyarə göndərdiyi bildirilib. Onlardan 14-ü Tayvan boğazındakı bölücü xətti keçib. Bu xətt Pekin və Taypeyin nəzarəti altında olan zonaları ayırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru