Lukaşenko savaşdan qaçmaq üçün qeyri adi üsuldan istifadə edir

8-08-2022, 11:58           
Lukaşenko savaşdan qaçmaq üçün qeyri adi üsuldan istifadə edir
Belarus Prezidenti Aleksandr Lukaşenko ordunu Ukraynada müharibəyə göndərməmək üçün məhsul biçiminə cəlb edəcək.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O qeyd edib ki, Lukaşenko hərbçiləri və polisi biçin kampaniyasına cəlb etmək qərarına gəlib, həmçinin yerli hakimiyyət orqanlarını biçin sürətinin zəif olmasına görə tənqid edib:

"Ordu və milislər məhsul yığımında iştirak etməlidirlər, çünki bu, döyüşə getməkdən yaxşıdır. Bilirsiniz ki, bundan əvvəl Lukaşenko Fauna və Floranın Mühafizəsi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarını silahlandırmaq, onlara təlim keçmək barədə göstəriş verib. Belarusun Rusiyaya aktiv şəkildə silah və sursat ötürməsi ilə bağlı etibarlı məlumatlar da var. Bu da Belarusun bizə qarşı hərbi əməliyyatlar aparmaq imkanlarını xeyli azaldır. Dünyada hələ heç bir ordu arsenalını boşaltmaqla müharibəyə hazırlaşmayıb. Belə qənaətə gəlirik ki, Lukaşenko gələcəkdə müharibəyə girməkdən yayınmağa çalışır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru