“Lufthansa” Rusiya və Ukraynaya uçuş qadağasını uzadıb

10-08-2022, 00:01           
“Lufthansa” Rusiya və Ukraynaya uçuş qadağasını uzadıb
Almaniyanın ən böyük aviaşirkəti “Lufthansa” Ukraynada baş verən hadisələr fonunda gələn il martın 25-dək Rusiya hava məkanından istifadə etməyəcək.

Bu barədə aviadaşıyıcının saytında dərc edilmiş məlumatda deyilir.

“Lufthansa” mövcud hüquqi vəziyyətə görə 25 mart 2023-cü ilə qədər Rusiya hava məkanından istifadə etməyəcək. Bu səbəbdən qeyd olunan müddət ərzində “Lufthansa”nın Rusiyaya və Rusiyadan bütün reysləri ləğv edilməlidir”, - mətndə bildirilir.

Eyni zamanda, “Lufthansa”nın vəziyyətin inkişafını yaxından izləməkdə davam etdiyi, milli və beynəlxalq hakimiyyət orqanları ilə sıx əlaqə saxladığı vurğulanır.

Şirkət həmçinin Ukrayna ilə uçuşların dayandırılmasını da həmin tarixə qədər uzadıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.