“Rusiya həftə sonuna qədər hücum etməsə, biz onları məhv edəcəyik” - Ukraynalı hərbi ekspert

10-08-2022, 08:44           
“Rusiya həftə sonuna qədər hücum etməsə, biz onları məhv edəcəyik” -
"Əgər Rusiya həftə sonuna qədər hücum əməliyyatına başlamasa, Ukrayna Silahlı Qüvvələri sistematik şəkildə əks-hücuma keçərək, rus ordusunu məhv edəcək".

"AzPolitika.info" xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov şəxsi "Telegram" hesabından etdiyi paylaşımda bildirib.

Jdanovun sözlərinə görə, hazırda Rusiya ilə Ukrayna arasında strateji oyun gedir: "Biz ilk dəfə öz strategiyamızı Rusiya üzərində yoxlamağa çalışırıq. Biz məcbur etdik ki, Rusiya öz qoşunlarını Ukrayanın şimalından geri çəkərək, cənubda toplasın. İndi Ukrayna müdafiəçilərinin yeganə vəzifəsi cənub cəbhəsindən hücuma keçən rusların qarşısını almaqdır".

"Hazırda bütün cəbhə boyu bu cür strateji oyunlar gedir. Rusiyanın həftə sonuna qədər vaxtı var. Əgər həftənin sonuna kimi onlar yeni hücum əməliyyatına başlamasa, biz əks-hücuma keçəcəyik. Və Dneprin sağ sahilindəki rus qruplaşmasını sistematik şəkildə məhv edəcəyik",- deyə ekspert bildirib.

"AzPolitika.info"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru