"Zabuxu təslim etməyəcəyik!”: Futbol matçında hay azarkeşlərdən təxribat... - FOTO, VİDEO

10-08-2022, 09:32           
"Zabuxu təslim etməyəcəyik!”: Futbol matçında hay azarkeşlərdən təxribat... - FOTO, VİDEO
"Qarabağ Ermənistandır”, “Axavnonu(Zabux-S.L.) təslim etməyəcəyik!” .
Ermənistanın "Pyunik" komandasının Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşdığı futbol matçında hay azərkeşlər tərəfindən belə işğalçı və revanşist xislətli şüarlar səsləndirilib.

TEREF moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni saytları məlumat yayıb.

İrəvandakı Respublika stadionunda Çempionlar Liqasının III təsnifat mərhələsinə aid “Pyunik” – “Srvena Zvezda” (Serbiya) qarşılaşmasının cavab oyununda hay azarkeşlər Azərbaycana qarşı təxribata əl atıblar.


Oyunun əvvəlində bir neçə erməni azarkeş “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılmış pankart açıblar.

İkinci hissənin əvvəlində isə bir qrup azarkeş “Axavnonu(Zabux-S.L.) təslim etməyəcəyik” yazılı plakatlar ilə meydana çıxıb.

Təxribatçı erməni azarkeşlər haqda Avropanın müvafiq futbol qurumlarının hansısa tədbir görəcəyi barədə hələlik heç bir məlumat yoxdur.

Təbii ki, Azərbaycanın müvafiq qurumları da təxribatçıların məsuliyyətə cəlb olunmasını tələb etməlidir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru