İngiltərə dini qruplaşmanın qarşısını ala bilməyib, yoxsa...?! – “Kartlar” açılır!

10-08-2022, 18:58           
İngiltərə dini qruplaşmanın qarşısını ala bilməyib, yoxsa...?! – “Kartlar” açılır!
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı danışıb.O, bidirib ki, Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir:
“Bizə Böyük Britaniyanın müvafiq orqanlarından ilkin məlumat verilib.Həmin qurumlar Azərbaycan səfirliyinə hücumun araşdırılması ilə çox ciddi məşğuldurlar.

Birləşmiş Krallığın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.Onunla hərtərəfli,ciddi söhbətimiz olub.Birinci məsələ və bizim Böyük Britaniyadan əsas gözləntimiz ilk növbədə Azərbaycana qarşı belə halların təkrarlanmamasına dair zəmanətlərin verilməsidir.Bu Birləşmiş Krallığın Vyana Konvensiyasına əsasən öhdəliyidir. Diplomatik missiyaların, diplomatların təhlükəsizliyinin, toxunulmazlığının qorunması Vyana Konvensiyasının əsasən,hər bir qəbul edən tərəfin birbaşa məsuliyyətidir”. TEREF xəbər verir ki, hərbi-siyasi ekspert Həşim Səhrablı XİN başçısının Britaniya hökumətinə çağırışını “Sherg.az”dəyərləndirib:

“Azərbaycan səfirliyi hücuma məruz qalan tərəfdir. Ceyhun Bayramov məsələyə yerində münasibət bildirib. Azərbaycan tərəfi hər bir ölkədən öz səfirliklərinin təminatını almalıdır. İstər İngiltərə, istərsə də başqa bir ölkə hər hansısa bir xarici ölkənin öz ölkəsində səfirlik açmasına icazə verirsə, diplomatik əlaqələr qurursa, demək, o ölkənin ordakı səfirliyinin təhlükəsizliyini də beynəlxalq hüquq səviyyəsində öz üzərinə götürməlidir. İngiltərənin də belə bir məsuliyyəti var. Ordakı Azərbaycan diplomatlarının təhlükəsizliyi İngiltərə dövlətinin üzərindədir. Bunun üçün onlara xüsusi müraciət etməyimizə də ehtiyac qalmamaldır”.

Ekspert diqqətə çatdırıb ki, belə hadisələrdən heç bir ölkə sığortalanmayıb:

“Görünən odur ki, İngiltərə kimi güclü bir dövlət də özlərini dini qruplaşma üzvü sayan şəxslərin qarşısını ala bilməyib. Bundan sonra təkrar bu halın yaşanma ehtimalı da var. Belə hadisələrin bir daha baş verməyəcəyinə zəmanət vermək olmur.

Ümid edirəm ki, İngitərə tərəfi C.Bayramovun bu çağırışından sonra həm Azərbaycan, həm də digər ölkə səfirliklərinin təhlükəsizliyi ilə bağlı məsələlərə daha həsas yanaşacaq”.

H.Səhrablının sözlərinə görə bu hal təkrarlansa belə İngiltərənin buna qəsdən şərait yaratdığını deyə bilmərik:

“Çünki təhlükəsizlik məsələlərində bəzən nələrsə gözdən qaça bilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.