Niyə səfirliklərimiz passivdir?

13-09-2022, 17:40           
Niyə səfirliklərimiz passivdir?
Erməni saytlarında Amerikadakı bir qrup konqresmenin, Avropa Parlamentində bir neçə depuatın Azərbaycan əleyhinə açıqlamaları yayılıb və bu say getdikcə artır.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir.Daha sonra politoloq deyir:
Digər tərəfdən Ermənistan və erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini genişləndirib, dezinformasiyalar yayırlar, bu müddətdə Qərbin müxtəlif nəşrlərində Azərbaycan əleyhinə məqalələr də yayınlamağa başlayacaqlar.
İndiki gərgin vəziyyətdə ABŞ və Avropadakı səfirliklərimiz fəallaşmalıdırlar, kabinetlərdən çıxıb görüşlərin sayını artırmaq lazımdır, heç olmazsa Amerikada bircə konqresmen Ermənistanın təxribatı haqqında açıqlama yaya bilməzmi?
Və ya Avropada bu qədər dostumuz varkən, onların da səsinin çıxmamasını bu ölkələrdəki səfirliklərimizin passivliyi ilə əlaqələndirirəm.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru