Paşinyanın KTMT-yə müraciətinə cavab verildi.

14-09-2022, 08:15           
Paşinyanın KTMT-yə müraciətinə cavab verildi.
KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqi üçün işçi qrupu yaradacaq
Qurumun mətbuat xidməti xəbər verir ki, monitorinq qrupu KTMT katibliyinin əməkdaşlarından və Birləşmiş Qərargahın hərbi qulluqçularından ibarət olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri departamentinin rəhbəri Denis Qonçar isə RİA Novosti-yə bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında sərhəddə vəziyyətin sabitləşməsinə çalışır.
Fikrimcə, 7 saatlıq müharibənin əsl səbəbi bu məlumatlarda gizlidir. Ukraynanı itirmək üzrə olan Moskva öz itkisini Cənubi Qafqazda möhkəmlənməklə kompensasiya etməyə çalışır. Bunun üçün isə ona Azərbaycanla Ermənistan arasında müharibə şəraiti lazım idi. Rusiya KTMT Nizamnaməsini əsas gətirib bölgəyə öz qoşunlarını yerləşdirə bilər və Ermənistan öz təxribatları, daha sonra isə Paşinyanın rəsmi müraciəti ilə buna zəmin hazırladı.
Heydər Oğuz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru