Erməni siyasətçilər silahlı dəstələrə yaradırlar - Azərbaycan sərhəddinə yığışırlar

14-09-2022, 11:28           
Erməni siyasətçilər silahlı dəstələrə yaradırlar -
Ermənistanda siyasi fəaliyyətlə məşğul olan tanınmışlar silahlı dəstələr yaradaraq, Azərbaycanla sərhəddə yerləşməyə başlayıblar. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, srağagün gecə törətdikləri təxribatdan nəticə çıxarmayan və xeyli sayda itki verən düşmənin belə davranmasında qəribə bir şey yoxdur.

Çünki onlar əllərinə fürsət düşən kimi Azərbaycana qarşı döyüşməkdən, təxribatlardan əl çəkmək fikrində deyillər.

Qeyd edək ki, dünən gecə saatlarında başlayan döyüşlərdən dərhal sonra Gorusun meri Aruş Aruşanyan könüllü adı altında silahlı dəstə yaradaraq, Azərbaycanla sərhəd məntəqələrinə yola düşüb.

Bildirək ki, Aruşanyan 44 günlük müharibə vaxtı da silahl dəstə yaradaraq, Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Amma nə hikmətdirsə, onun dəstəsini nə döyüşlərdə görmək mümkün olmayıb, nə də hər hansı “qəhrəmanlıq”ından bəhs olunur. Görünür, səngərdə başını qorumaqla məşğul olub.

Bu gün isə Aruşanyana daha bir siyasətdi qoşulub. JAMAZ.İNFO xəbər verir ki, həmin şəxs “Birliyə Doğru” Alyansının rəhbəri Manvel Parmazyandır. O, bu gün başına bir qrup başıpozuq adam yığaraq, onları silahlandırıb və ardından da Azərbaycanla sərhəddə gediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru