“Putin Rusiyası çürüyüb, o, Rusiyanı çürüdüb” – Arestoviç
16-09-2022, 08:48

Şəbəkədə bir video göstərilib, orada «Vaqner» özəl hərbi kampaniyasının sahibi Yevgeni Priqojin rusiyalı dustaqları Ukraynadakı müharibə üçün «cəlb edir».
Bu yazını «Feyqin LİVE»-nin efirindən Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Aleksey Arestoviç şərh edib («UNİAN»).
Onun sözlərinə görə, bu videonu rusiyalılar qəsdən özləri şəbəkəyə ötürüblər ki, beləliklə, Ukrayna tərəfi qorxutsunlar və Rusiya Federasiyasındakı digər «zona»larda da dustaqlar fikirləşsinlər ki, müharibəyə getmək lazımdır.
«Döyüşən dustaqlara gəlincə, hər döyüşçü öz şəraitində yaxşıdır. Haradasa kamerada, hansı ki, 15 adam əlində bıçaq oturur, onlar əlbəttə, əlində bıçağı olmayalar üçün və kim onlarla dostluq etmirsə, onlar üçün ciddi təhlükə yaradırlar» - Arestoviç bəyan edib.
O, əlavə edib ki, döyüş sahəsində belə «cəlb olunmuş» döyüşçülərə yaxşı sağlamlığa və hərbi ixtisasa sahib olmaq lazımdır.
«Putin Rusiyası dağılanda bu video fəxri yer tutacaq. Onlar deyəcəklər: «Bu, nə vaxtsa böyük imperiya olmuş ölkənin dağılmasının kuliminasiyasıdır»» - müşavir deyib.
«Putin Rusiyası çürüyüb, o, Rusiyanı çürüdüb» - Arestoviç fikrinə yekun vurub.
Bundan əvvəl «Mediazona» nəşri xəbər vermişdi ki, «Liqa» özəl hərbi şirkətinin sahibi (əvvəlki «Vaqner» ÖHŞ) Yevgeni Priqojin Rusiya koloniyalarında dustaqları Ukraynaya qarşı müharibədə iştirak üçün şəxsən «cəlb edir».
Potensial döyüşçülərə o, pul mükafatı və əfv olunmaq təklif edir.
Beləliklə, Putin siyasətinin nəticəsi olaraq, ən azı bir dəfə qatı cinayət törətmiş bir cani Priqojinin patronajlığı ilə Ukraynada yerli müdafiəçilərə güllə ataraq, günahsız insanları qətlə yetirməklə, növbəti cinayətləri törətmiş olur (olacaq).