Polşa Rusiyadan sənət əsərlərinin geri qaytarılmasını tələb edir

16-09-2022, 10:24           
Polşa Rusiyadan sənət əsərlərinin geri qaytarılmasını tələb edir
Polşa İkinci Dünya Müharibəsi illərində SSRİ-yə daşınan sənət əsərlərinin geri qaytarılması üçün Rusiya Federasiyasına yeddi ərizə ilə müraciət edib.

Bu barədə Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin bəyanatında deyilir.

Öz növbəsində Polşanın mədəniyyət və milli irs naziri Petr Qlinski ərizələrin diplomatik kanallar vasitəsilə göndərildiyini vurğulayıb.

“Son altı il ərzində biz müxtəlif ölkələrdə 600-dən çox hərbi mülkiyyətimizi geri qaytarsaq da, Rusiyadan heç nəyi geri ala bilməmişik”, - deyə polşalı nazir vurğulayıb.

Mənbə: Gov.pl












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru