ABŞ Rusiya ilə Çinin yaxınlaşmasından narahatdır

16-09-2022, 08:49           
ABŞ Rusiya ilə Çinin yaxınlaşmasından narahatdır
ABŞ hakimiyyəti Moskva ilə Pekin arasında əlaqələrin dərinləşməsindən narahatdır və Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşü iki ölkə arasında yaxınlaşma nümunəsi hesab edir.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Biz Çinin Rusiya ilə əlaqələrinin dərinliyindən, Rusiyanın Ukraynada təcavüzkar müharibə apardığı bir vaxtda belə iki ölkənin mövqelərinin uyğunlaşması ilə bağlı narahatlığımızı açıq şəkildə ifadə etmişik. Bu görüş belə uyğunlaşmanın nümunəsidir”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru