KTMT-dən gözləntilərimiz PUÇ OLDU, ümid Rusiyayadır - Simonyan

17-09-2022, 11:12           
KTMT-dən gözləntilərimiz PUÇ OLDU, ümid Rusiyayadır - Simonyan
KTMT-dən gözləntilərimiz PUÇ OLDU, ümid Rusiyayadır - Simonyan17 Sentyabr 2022 09:45

"İrəvan KTMT-nin Azərbaycanla münaqişənin son vaxtlar kəskinləşməsinə reaksiyasından narazıdır".

Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"Gözləntilərimiz özünü doğrultmur. Biz xalqla daim təmasda olduğumuz üçün KTMT-nin nə üçün nəzərdə tutulan tədbirləri görmədiyini onlara izah etməkdə çətinlik çəkəcəyik. Təbii ki, biz etmişik, edirik və nəticə çıxaracağıq" - Simonyan bildirib. O əlavə edib ki, İrəvan KTMT-dən müvafiq cavab gözləməkdə davam edir.

Simonyan qeyd edib ki, Ermənistanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında ikitərəfli saziş var və buna görə də İrəvan "bəyanatlardan və ya parça-parça yarım sözlərdən" daha çox real dəstək gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru