Rəisi sərhədlərdə istənilən dəyişikliyi “qəbuledilməz“ adlandırdı

17-09-2022, 11:49           
Rəisi sərhədlərdə istənilən dəyişikliyi “qəbuledilməz“ adlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və İran prezidenti İbrahim Rəisi arasında görüşdə Cənubi Qafqaz mövzusu da müzakirə olunub.

Teref.az xəbər verir ki, bu barədə İran Prezidentinin dəftərxanası məlumat yayıb.

Tərəflər Türkiyə prezidentinin Tehrana son səfəri və iki ölkə arasında 7-ci İqtisadi Əməkdaşlıq Şurasının keçirilməsi zamanı əldə olunmuş razılaşmaları nəzərdən keçiriblər. İmzalanmış sazişlərin həyata keçirilməsinin sürətləndirilməsi qərara alınıb.

Səmərqənd görüşündə, həmçinin Suriya, Əfqanıstan problemləri və Qafqazdakı prosesləri müzakirə edilib.

İbrahim Rəisi Qafqazda baş verən proseslərə toxunaraq, İslam Respublikasının Qarabağın azadlığa qovuşmasını və bölgənin yenidən qurulmasını alqışlayıb. Prezident regionun beynəlxalq hüquqla tanınan, tarixi və geosiyasi sərhədlərində hər hansı dəyişikliyi "qəbuledilməz" adlandırıb.

yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru