"Məğlubiyyətlər Putinin müharibə niyyətini dəyişməyə məcbur edəcək" - PENTAQON

17-09-2022, 18:19           
"Məğlubiyyətlər Putinin müharibə niyyətini dəyişməyə məcbur edəcək" - PENTAQON
Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibə etmək niyyətini dəyişmək məcburiyyətində qalacaq, çünki hərbi məğlubiyyət və resursların çatışmazlığı Kremlin ilkin niyyətlərinə nail ola bilmədiyini sübut edir.

Xarici mətbuat xəbər verir ki, bunu Pentaqonun kəşfiyyat rəhbəri general-leytenant Skott Berrier kəşfiyyat və daxili təhlükəsizlik üzrə konfransda deyib.

"İndi biz o yerə çatmışıq ki, fikrimcə Putin öz "əməliyyatı"nın məqsədini yenidən nəzərdən keçirməli olacaq. Çünki indi tamamilə aydındır ki, o əvvəllər etmək niyyətində olduğunu həyata keçirməyə qadir deyil", - Berrier əlavə edib.

Pentaqon xatırladıb ki, Putin fevralın 24-də Kiyevi işğal etmək və qərbyönlü hökuməti devirmək məqsədi ilə Ukraynaya hücum edib. Halbuki, altı ay davam edən döyüşlərdən sonra Ukrayna qoşunları rus qoşunlarını Xarkovdan qovmağa müvəffəq olub./azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru