İrəvan geosiyasi oyunda plasdarm olmağı seçdi

18-09-2022, 08:38           
İrəvan geosiyasi oyunda plasdarm olmağı seçdi
Ukrayna müharibəsi ilə başlayan geosiyasi mübarizənin ikinci, daha doğrusu növbəti cəbhəsi Cənubi Qafqaz olur: sərhəddə baş verən son döyüşlər Azərbaycan-Ermənistan xəttindən daha uzağa gedir və İrəvan geosiyasi oyunda plasdarm olmağı seçdi;
Bakı üçün risklər ola bilər, amma ən böyük zərbəni plasdarm olan Ermənistan alacaq, çünki mövcud reallığı böyük güclərdən daha çox coğrafiya diktə edir;
Pelosinin İrəvana səfərini bu kontekstdə qiymətləndirmək olar. Və onun “Bu gün ABŞ-dan Ukraynaya, Tayvana, Ermənistana kimi dünya demokratiya və diktatura arasında seçim qarşısındadır” açıqlaması ABŞ-ın hansı istiqamət üzərindən siyasət yürüdəcəyini də göstərir. İstisna deyil ki, qarşıdakı dövrdə “Azərbaycan Ermənistana təcavüz edir” deyənlər yeni kampaniyaya başlayacaq.
Çünki son hadisələr başlanğıc idi və həlledici məqam hələ qarşıdadır, ötən əsrin əvvəlində ermənilərə qondarma dövlət yaradalar bu dəfə xilas edə bilməyəcək.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru