Sentyabrın 18-də ABŞ konqresi NP-nın spikeri Nensi Pelosinin İrəvandakı qeyri-rəsmi səfəri ərəfəsində tragikomedi şousundan sonra evin kişisi - ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub. P.S. Deyilənlərə görə Ermənistandan Rusiyaya gedən TİR-lər üçün Yuxarı Lars keçid məntəqəsində Rusiya sərhədi bağlayıb, uzun bir tıxac yaranıb, o biri tərəfdən də Qazprom borcun tam ödənilməsi üçün Ermənistana noyabrın sonuna kimi vaxt qoyub. Bu da Nensinin Ermənistana xeyri, teatrın da sonu .. Asif Nərimanlı Teref.az