Deputat: Xalqın qəzəb dalğası artacaq!

19-09-2022, 09:32           
Deputat: Xalqın qəzəb dalğası artacaq!
Moldovada etiraz dalğası artacaq, bu, əhalinin əksəriyyətinin acınacaqlı vəziyyəti ilə bağlıdır.

Axar.az xəbər verir ki, bunu Qaqauz Xalq Assambleyasının deputatı, Qaqauz ictimai-siyasi hərəkatının sədri Viktor Petrov deyib.

"Ölkədə insanlar birləşir, bu, göz qabağındadır. Etiraz birbaşa ölkəmizin acınacaqlı durumu ilə bağlıdır: insanların ərzaq, geyim, dərman, kommunal xidmətlər üçün ödəyə biləcəkləri heç bir şey yoxdur. Kənd təsərrüfatı məhsulları istehsalçıları böyük itkilərə məruz qalır, kiçik və orta biznes məhv olmaq ərəfəsindədir. Xalqın qəzəb dalğası daha da artacaq”, - Petrov bildirib.

Deputat hesab edir ki, bütün müxalifət partiyalarının liderləri onlara qoşulsa, etirazlar daha da kütləviləşəcək:

"Bütün müxalifət qüvvələrinin birləşməsi Moldovaya dirçəliş şansı verəcək. Müxalifət birləşməlidir".

Qeyd edək ki, Kişinyovda hökumətin qərbyönümlü siyasətinə etiraz olaraq kütləvi etirazlar başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru