İsveçrə ABŞ-dan 36 ədəd F-35 qırıcısı alacaq

20-09-2022, 10:25           
İsveçrə ABŞ-dan 36 ədəd F-35 qırıcısı alacaq
İsveçrə hazırda xidmətdə olan “F/A-18 Hornet” və “F-5 Tiger” təyyarələrini əvəz edəcək 36 ədəd F-35A qırıcısının alınması üçün ABŞ-la müqavilə imzalayıb.

Müqavilənin məbləği 6,035 milyard frank (6,2 milyard dollardan çox) təşkil edir.

Yeni hərbi təyyarələrin alınması üçün bu məbləğin ayrılması 2020-ci ilin sentyabrında İsveçrədə keçirilən referendumda təsdiqlənib.

Ötən cümə günü isə Amerika qırıcılarının alınmasına İsveçrə parlamenti tərəfindən də icazə verilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru