İran Pelosinin səfərinə göz yummayacaq - Voskanyan

20-09-2022, 11:22           
İran Pelosinin səfərinə göz yummayacaq - Voskanyan
Ermənistan ABŞ, Rusiya və İran arasında maraqların toqquşmasının mərkəzinə çevrilsə, bu, ölkə və xalqın təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər. İran ona düşmən olan dövlətin yüksək rütbəli məmurunun qonşu ölkəyə səfərinə göz yuma bilməz.

Axar.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan Nensi Pelosinin Ermənistana səfərini şərh edərkən deyib.

“Nensi Pelosinin Ermənistana səfəri ilə əlaqədar İran tərəfi media vasitəsilə və ekspertlər səviyyəsində mülayim narahatlığını ifadə edib”, - o bildirib.

Pelosinin “Avarayr” rəsmi fonunda Qafesyan İncəsənət Mərkəzində çıxışından danışan Voskanyan vurğulayıb ki, iranlılar bu cür simvolik siqnalları diqqətlə izləyirlər:

“ABŞ-ın yüksək rütbəli rəsmisinin çıxışı İrana aydın mesaj vermək məqsədi daşıyırdı. Digər sual isə səfərin təşkilatçılarının bu addımı hansı məntiqlə atmasıdır. Bilmirəm bunu ehtiyatsızlıq, yoxsa hazırlıqsızlıq adlandırım. “Avarayr” rəsmi qarşısındakı çıxış və onun məzmununa xüsusi diqqət yetirilməsi təsadüfi hadisə ola bilməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru