Rusiya öz gələcək "siyasi qəbrini" özü böyük həvəslə qazır,...
21-09-2022, 09:12
Putinin indi canlı efirdə danışacağı çıxışı gecikir, çox güman, pərdəarxası danışıqlar gedir, Rusiya qondarma "DXR" və "LXR", bundan başqa müstəsna həyasızlıqla Xerson və Zaparojye vilayətlərini də rəsmən tərkibinə qatmağa çalışır, bu prosesi oktyabrın 1-ə qədər bitirməyi düşünür. Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir. Politoloq daha sonra deyir: Rusiya öz gələcək "siyasi qəbrini" özü böyük həvəslə qazır, axmaq president yaradır, bununla da gələcəkdə Rusiya parçalanmağa başlayanda digər ölkələrin də bənzər addımlar atması üçün "hüquqi" baza yaradır. Bir gün ayılacaqlar ki, "Baykal Çin Xalq Respublikası", və ya "Amur Çin Xalq Respublikası" refendum yolu ilə Çinin tərkibinə qatıldı, "Königsberg Alman Demokratik Respublikası" isə referendumla Almaniyaya, evinə geri döndü. "Dərbənd Türk Respublikası" elanını da gələcəkdə görmək ümidi ilə gecəniz xeyrə qalsın... Teref.az