Qarabağdakı "rus icması" nın "FSB" agenti olan rəhbəri erməni katolikosu ilə görüşdü...

21-09-2022, 10:36           
Qarabağdakı "rus icması" nın "FSB" agenti olan rəhbəri erməni katolikosu ilə görüşdü...
Bütün ermənilərin katolikosu II Qaregin Qərbi Azərbaycanın erməniləşdirilmiş Üçmiədzin şəhərindəki kilsədə Qarabağdakı saxta "rus icması"nın rəhbəri Aleksandr Bordovu qəbul edib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni teleqram-kanalları məlumat yayıb.

Katolikos "erməni xalqı ilə birlikdə müharibədən sonrakı çətinlikləri yaşayan" "rus icması"na xeyir-dualarını çatdırıb.

A.Bordov Qarabağdakı qondarma "rus icması" adından "son yüz Qarabağda tikilmiş ilk rus pravoslav kilsəsi olan "Məsihin Doğuşu" şərəfinə inşa edilən kilsənin tikintisinə göstərdiyi mühüm dəstəyə görə" baş erməni keşişinə təşəkkür edib...

Xatırladaq ki, A.Bordov 2021-ci ilin iyununda Azərbaycan torpaqlarındakı saxta "rus icması"nın rəhbəri təyin edilib. Caliber.az-ın araşdırmasına görə, əslində A.Bordov Bakıda anadan olmuş ermənidir. O, Rusiya FTX-nın("FSB") akademiyasını bitirib...

A.Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq "mədəni-maarif" layihəsinin, başqa sözlə, Azərbaycan üçün "Donbas" ssenarisinin müəllifidir.

Nəzərinizə çatdıraq ki, Ukrayna ərazilərinin 2014-cü ildən bu günədək baş verən işğalı, Ukrayna xalqının, eləcə də orada yaşayan rusların amansız qətliamı məhz həmin ərazilərdəki "rus dünyası" layihəsinin acı bəhrəsidir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru