“Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahını tətbiq edəcəyik” - Putin BƏYAN ETDİ
21-09-2022, 11:38
“Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahını tətbiq edəcəyik” Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu blef deyil.
TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bunu xalqa müraciətində Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək, nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.