"Referendum keçirilmiş ərazilərə hücum Rusiyaya hücum demək olacaq" - Vitse-spiker

21-09-2022, 12:47           
"Referendum keçirilmiş ərazilərə hücum Rusiyaya hücum demək olacaq" - Vitse-spiker
“Referendumlardan sonra azad edilmiş ərazilərə hücum bütün nəticələri ilə Rusiyaya hücum demək olacaq”.

TEREF.AZ “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

"Referendumdan sonra buradakı insanları qorumaq bizim haqqımız yox, borcumuz olacaq. Bundan sonra Qərbin rəyinə əhəmiyyət verilməyəcək", - o bildirib.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın işğal altında olan Donetsk, Luqansk, Zaporojye vilayətlərində referendumla bağlı səsvermə keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru