BAYDEN DƏ ƏRDOĞANIN ÇAĞIRIŞINA QOŞULDU... - BMT Təhlükəsizlik Şurasını genişləndirməyə çağırdı

22-09-2022, 08:27           
BAYDEN DƏ ƏRDOĞANIN ÇAĞIRIŞINA QOŞULDU... -
“ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasının tərəfdarıdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

Onun sözlərinə görə, BMT-nin müasir dünyanın tələblərinə daha effektiv cavab verəcək daha əhatəli bir təşkilata çevrilməsinin vaxtı çatıb.

“BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən ABŞ BMT Nizamnaməsinə hər zaman sadiq qalmalı və həmişə onu müdafiə etməlidir, həmçinin Təhlükəsizlik Şurasının effektivliyini təmin etmək üçün nadir, fövqəladə hallar istisna olmaqla, vetodan istifadə etməkdən çəkinməlidir”, - Amerika lideri bildirib.

Qeyd edək ki, bu gün yalnız ABŞ, Çin, Böyük Britaniya, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir.

Xatırladaq ki, bu təkliflə ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə lideri BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin vaxtının çatdığını vurğulayıb. “Dünya beşdən böyükdür” - deyən Ərdoğan qeyd edib ki, ötən əsrdən fərqli olaraq hazırda dünyada beynəlxalq vəziyyət dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru