Stoltenberq: “NATO ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”

22-09-2022, 09:34           
Stoltenberq: “NATO ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”
NATO-ya üzv dövlətlər Rusiya Federasiyasında elan edilən qismən səfərbərlikdən sonra bu ölkəyə təzyiqləri artırmaq və Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədirlər.

Bu barədə çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq “Reuters Next” onlayn forumunda bildirib.

“NATO-dan verilən mesaj ondan ibarətdir ki, biz Ukraynanı dəstəkləməyə davam etməli, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməliyik və bütün beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni Moskvanın hərəkətlərini birmənalı şəkildə pisləmək üçün səfərbər etməliyik”, - deyə baş katib bəyan edib.

Stoltenberq həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putinin çərşənbə günü səhər verdiyi bəyanatlara baxmayaraq, alyans Kiyevə dəstəyini davam etdirəcək.

O əlavə edib ki, NATO Rusiya Federasiyası ilə qarşıdurmaya can atmır və Rusiya ilə genişmiqyaslı münaqişənin qarşısını almaq üçün hər şeyi edəcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru