Saakaşvilidən hökumətə ÇAĞIRIŞ: "Bu, vacibdir..."

22-09-2022, 10:47           
Saakaşvilidən hökumətə ÇAĞIRIŞ:
"Hazırda Rusiyadan xarici ölkələrə uçuşlar üçün bütün biletlər satılıb. Rusların Gürcüstana axını da istisna deyil. Gürcüstanın da sərhədi ruslar üçün tamamilə bağlaması vacibdir. Əks halda, bunun fəsadları çox ağır ola bilər".

Publika.az məlumat verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hazırkı hökumətə açıq məktub ünvanlayıb.

O, Rusiya Prezidentinin qismən səfərbərlik elan etməsi məsələsinə də toxunub:

"Birmənalı olaraq deyə bilərəm ki, Rusiya heç 30 min nəfəri də səfərbər etməyi bacarmayacaq. Hər şey ortadadır və baş verənlər bu cür düşünməyə əsas verir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru