Katolikos, Ter-Petrosyan, Köçəryan, Sərkisyan və digərləri burada qapalı görüş keçirdi... - VİDEO

23-09-2022, 12:26           
Katolikos, Ter-Petrosyan, Köçəryan, Sərkisyan və digərləri burada qapalı görüş keçirdi... - VİDEO
Katolikos, Ter-Petrosyan, Köçəryan, Sərkisyan və digərləri burada qapalı görüş keçirdi...
Bütün ermənilərin katolikosu II Qaregin, Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və Azərbaycan torpağında Rusiyanın himayəsində bəslənən 32 illik separatçı-terrorçu rejimin keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyanın görüşü keçirilib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, "ArmenianReport" bu barədə "müqəddəs" Üçmüədzin kilsəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Qapalı görüş ermənilərin "Eçmiədzin" adlandırdıqları qədim Azərbaycan məskəni Üşmüədzində keçirilib.

"Ermənistanda yaranmış vəziyyətin müzakirəsi baş tutdu. Görüşü davam etdirmək qərara alındı" ​-deyə məlumatda bildirilir.

Öncəki xəbərlərdə böyük kilikiya evinin katolikosu I Aramın da sözügedən görüşdə iştirak edəcəyi qeyd edilsə də, son məlumatlarda onun adı çəkilməyib.

Qeyd edək ki, Moderator.az sentyabrın 21-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Ermənistanın və Qarabağdakı qondarma separatçı-terrorçu rejimin bütün keçmiş prezident, rəhbər və katolikoslarını bir yerə toplamaq, müzakirələr təşkil etmək və Paşinyana təkliflər vermək təşəbbüsü ilə çıxış etməsi haqda yazmışdı.

Xatırladaq ki, bundan əvvəl katolikosun iştirakı olmadan keçmiş erməni liderlərinin eyni tərkibdə görüşü 2021-ci ilin martında keçirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru