Ukraynanın işğal olunmuş ərazilərində “referendum” şousuna başlayıb

23-09-2022, 15:16           
Ukraynanın işğal olunmuş ərazilərində “referendum” şousuna başlayıb
Ukraynanın işğal olunmuş ərazilərində “referendum”a start verilib.

“Report” TASS-a istinadən xəbər verir ki, Xerson, Zaporojye vilayətlərində və Donbassda cümə günü saat 08:00-da Rusiya Federasiyasına subyekt kimi daxil olmaq üzrə “referendum”da səsvermə başlayıb.
Ətraflı

Bildirilir ki, bu, sentyabrın 27-si daxil olmaqla, təhlükəsizlik maraqları baxımından ilk dörd gündə bu rayonlarda seçki məntəqələrində deyil, ona yaxın ərazilərdə və sakinlərə müraciət etməklə səsvermə keçiriləcək.

Qondarma “Luqansk Xalq Respublikası”nda, Zaporojye və Xerson vilayəti ərazisindəki seçki məntəqələrində səsvermə sentyabrın 27-də saat 08:00-dan 16:00-dək keçiriləcək. Daha sonra səslərin hesablanmasına başlanılacaq. Qondarma “Donetsk Xalq Respublikası”nda isə sentyabrın 27-də saat 08:00-dan 20:00-dək seçki məntəqələrində səs vermək mümkün olacaq.

Sentyabrın 23-də Rusiyanın bir sıra şəhərlərində qaçqınlar üçün təşkil edilmiş seçki məntəqələri açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru