Əvəz Zeynallının həbsi azad sözün həbsidir

23-09-2022, 15:35           
Əvəz Zeynallının həbsi azad sözün həbsidir
Rasim Məmmədov onun metallurgiya sahəsindəki inhisarçı mövqeyi və bu sahədə fəaliyyət göstərən digər sahibkarlara qarşı həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti haqda yazılara, tənqidlərə qarşı çox aqressiv münasibət göstərib və illərdir ki, belə tənqidlərə Ramiz Mehdiyevin birbaşa dəstəyi ilə əsassız məhkəmə qərarları çıxartdırmaqla cavab verib. Ramiz Mehdiyevin ədliyyə sistemi rəhbərliyindəki adamlarının sayəsində Azərbaycan məhkəmələri son 10 ildə Rasim Məmmədovun iddialarının demək olar ki, heç birini geri çevirməyiblər. Əksinə, son 10 ildə bir çox sahibkarların Rasim Məmmədova qarşı qaldırdıqları haqlı iddialarını, ortada “daşdan keçən” dəlil-sübutlar olmasına baxmayaraq, təmin etməyiblər. Rasim Məmmədovun istənilən iddiasını isə heç bir əsas olmadan təmin ediblər.
Məlum olduğu kimi, Rasim Məmmədovun və Ramiz Mehdiyevin qeyri-qanuni əməllərindən ən çox zərər çəkmiş belə sahibkarlar sırasında tanınmış iş adamları olan Zülfüqarlı qardaşları da vardır. Birmənalıdır ki, Rasim Məmmədov Ramiz Mehdiyevin birbaşa dəstəyi ilə Zülfüqarlı qardaşlarına məxsus olan iki iri zavodu – “Bakı Poladtökmə” ASC-ni və “Bakı Elektroştamp” ASC-ni zorla əllərindən alıb. Bu faktlar deməyə əsas verir ki, Ramiz Mehdiyev Azərbaycan cəmiyyəti üçün çox təhlükəli adam olmaqla yanaşı, ölkəmizin birinci və ikinci şəxslərinə qarşı da düzgün mövqedə olmayıb. Başadüşüləndir ki, onun ətrafında olanlar bir-bir cəzalandırılır. Bəs Eynulla Fətullayev nədən cəzalandırılmır? Axı o, vaxtilə Mehdiyevə yararlanmaq üçün Bakıya erməniləri gətirib gəzdirir və guya xalqımızla dostluq əlaqələri qurdururdu. Bu gün də özünün etiraf etdiyinə görə Ramiz Mehdiyevin metallurgiya sahəsi üzrə iş görəni Rasim Məmmədovun ən yaxın ailə dostudur. Belə yerdə məntiqlə düşünsək ki, illər uzunu Mehdiyevlə əks mövqedə olan jurnalist Əvəz Zeynallı nədən həbsə atılır? Kimdir Prezidentin özünə köməkçi bildiyi jurnalistləri gözümçıxdıya salan? Əlbəttə ki, bu cür xoşagəlməz hərəkətlərə əl atanlar, birbaşa ölkənin birinci şəxsinin əleyhinə getməklə yanaşı beynəlxalq aləmin ölkəmizə qarşı mənfi rəyini də qazandırırlar.(gundemxeber.az)
Şirin Cəfəri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru