İsraildə Ermənistanın təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib - FOTOLAR

24-09-2022, 00:06           
İsraildə Ermənistanın təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib - FOTOLAR
İsraildə Ermənistanın təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiya “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı, Kiryat-Bialik şəhəri bələdiyyəsinin dəstəyi və şəhərin birinci vitse-meri Naxum Raçevskinin birbaşa iştirakı ilə baş tutub.

Nümayişçilər Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların dayandırılmasını tələb edərək, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çağırıb. Ölkəmizin ərazilərində erməni işğalçıları tərəfindən minaların basdırılması və mədəni irsimizin məhv edilməsinə etiraz səsi ucaldılıb.

Aksiya zamanı İsrail və Azərbaycan bayraqlarını dalğalandıran icmamız ivrit və ingilis dillərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibəni seçir!”, “Azərbaycan torpaqlarında erməni əsgərləri olmamalıdır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan minaları hərbi cinayətdir!”, “Ermənistan, hücumları dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər.

Yerli sakinlərə Ermənistanın son təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin adlarını və fotolarını əks etdirən bukletlər paylanıb, şəhidlərimizin xatirəsinə şam yandırılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru