“Putini müharibəyə başlamağa məcbur ediblər”- Berluskoni

24-09-2022, 00:09           
“Putini müharibəyə başlamağa məcbur ediblər”- Berluskoni
“Putinin partiyası, nazirləri və ictimaiyyət onu Ukraynada müharibəyə başlamağa məcbur edib”.

“AzPolitika.info xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri, Forza İtalia Partiyasının lideri Silvio Berluskoni deyib.

Berluskoni Rusiya lideri Putinin “çətin və dramatik” vəziyyətə düşdüyünü bildirib.

“Donbasdakı iki ruspərəst respublika nümayəndələri Moskvaya gedərək, mətbuata açıqlamalar verdilər. Onlar Zelenskinin hücumlarının artdığını bildirərək, Putindən kömək istədilər. Ona görə də Putini bu xüsusi əməliyyatı həyata keçirməyə Rusiya xalqı, onun partiyası və nazirləri sövq edib. Əslində, əsgərlər bir həftədən sonra Kiyevə girməli və Zelenskini başqa bir adamla əvəz etməli idilər. Ancaq Rusiya Ukraynada gözlənilməz müqavimətlə qarşılaşdı”,- Berluskoni bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru