Almaniyada səfərbərlikdən yayınan rusiyalılara siyasi sığınacaq veriləcək

24-09-2022, 00:10           
Almaniyada səfərbərlikdən yayınan rusiyalılara siyasi sığınacaq veriləcək
Almaniyada səfərbərlikdən yayınma siyasi sığınacaq istəyinə müsbət cavab verilməsi üçün əsas sayılacaq. Həmçinin də Rusiya ordusundan fərarilik ölkədə siyasi sığınacaq almaq üçün kifayət qədər inandırıcı səbəb olacaq.

Bu qərar Almaniyada rəsmi olaraq təsdiqlənib. Belə ki, Berlin artıq Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəyə göstəriş verib.

Lakin yalnız Almaniya ərazisində sığınacaq almaq üçün müraciət edilməlidir.

Eyni zamanda Berlin əcnəbilərin ölkədə qalması haqqında qanunun 22-ci bəndini tətbiq etmək niyyətində deyil. Yəni səfərbərlikdən qaçmaq istəyi əsasında rusiyalılara humanitar viza verilməyəcək. (Mənbə: ZN.ua)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru