Veto hüququ olmayan Hindistan BMT-yə səsləndi

24-09-2022, 10:44           
Veto hüququ olmayan Hindistan BMT-yə səsləndi
Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sırasına daxil edilmək istəyir.

Ölkə bu qurumda islahat keçirilməsi məsələsini gündəmə gətirmək niyyətindədir.

Bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Caişankar bildirib.

“Bəli, əlbəttə ki, biz bu məsələni qaldıracağıq, islahatların aparılmasını və Hindistanın Təhlükəsizlik Şurasına daxil olmasını istəyirik”, - deyə nazir bildirib.

Dehli bu ilin sonuna qədər Baş Assambleyanın səsvermə nəticələrinə görə BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü arasındadır. Onların veto hüququ yoxdur.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru