ABŞ Ukraynaya dəstəyi dayandıra bilər - İddia

26-09-2022, 10:18           
ABŞ Ukraynaya dəstəyi dayandıra bilər - İddia
Noyabrda keçiriləcək aralıq seçkisi yaxınlaşdıqca, Ukraynaya yardım məsələsi ABŞ-da yeni siyasi maneələrlə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.

Məlumata görə, Konqresin Kiyevə geniş dəstəyi tezliklə onu “parçalaya” bilər:

"Çünki Nümayəndələr Palatasının bir çox respublikaçı üzvü Ukraynaya ayrılan pulun Çinlə mübarizəyə və ölkənin üzləşdiyi iqtisadi problemlərin həllinə yönəldilməsini istəyir. Qarşıdan gələn seçkidə qalib gələcək respublikaçılar Nümayəndələr Palatasında səs çoxluğu əldə etsələr, bu münasibət daha da güclənə bilər. Konqresdəki rəsmilər və ABŞ Prezidenti Co Bayden administrasiyası gələcəkdə Ukraynaya yardımın güclü müqavimətlə üzləşə biləcəyinə görə, 2022-ci ilin sonuna qədər sözügedən ölkəyə daha çox yardım göndərilməsi istiqamətində işləri sürətləndirəcəklər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru