ABŞ-dan Ermənistana şok REAKSİYA - “Əlimiz bağlıdır, sizə silah verə bilmərik"

28-09-2022, 16:30           
ABŞ-dan Ermənistana şok REAKSİYA -
“Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik”.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bunu amerikalı konqresmen Ceki Speyer “Amerika Erməni Komitəsi”nin (ANCA) təşəbbüsü ilə keçirilən görüş zamanı deyib.

“Konqresmenlərimizin hazırladıqları qətnamələr xüsusi xarakter daşıması və Azərbaycana mesaj vermək baxımından vacibdir. Bundan başqa, ABŞ hökumətinin Ermənistana hərbi dəstək verməyə hazır olması da az əhəmiyyət kəsb etmir, amma biz Ermənistana Rusiyanın əlinə keçəcək silahları verə bilmərik. Ona görə də müəyyən mənada əlimiz bağlıdır”, - Speyer bildirib.

Konqresmen Ukraynanı misal çəkərək ümid etdiyini bildirib ki, Ermənistan da bu ölkənin yolu ilə gedəcək və Rusiyaya müqavimət göstərəcək.

Erməni əsilli Speyer Ermənistanı “vətən”i hesab etdiyini bildirib və bu ölkənin SSRİ dönəminə qayıtmasını istəmədiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru