Rusiya nüvə zərbəsini nə zaman, haradan və haraya endirəcək ?

29-09-2022, 13:29           
Rusiya nüvə zərbəsini nə zaman, haradan və haraya endirəcək ?
Rusiya deyir ki , nüvə zərbəsi blef deyil, ABŞ da deyir ki, Rusiyanın bütün nüvə potensialı nəzarətdədir
Ukrayna müharibəsi başlayan anda ABŞ Rusiyaya qarşı sanksiyalara başladı.
İlk öncə bütün ABŞ şirkətləri Rusiyanı tərk etdi.
Ardınca geniş masştabda texnoloji sanksiyalar başladı.
Daha sonra iqtisadi sektora, maliyyə bank sektoruna , rəsmi şəxslərə və oliqarxlara qarşı sanksiyalar başlandı.
Amma son günlərdə ABŞ -da bu sanksiyaların uğursuz olması və gözlənilən nəticəni verməməsi haqqında müzakirələr başlayıb.
Belə olan vəziyyətdə ABŞ öz vətəndaşlarına, səyahət edənlərə Rusiya ərazisini tərk etməyi təklif edir.
Eyni anda Rusiya tərəfindən Ukraynanın hansı ərazilərinə və haradan nüvə zərbəsi endirəcəyi haqqında, Rusiyanın bütün nüvə buraxılış nöqtələrinin ABŞ tərəfindən nəzarətdə saxlanılması haqqında məlumatlar yayılır.
Soyuq müharibə illərində bəzi dahilərə sual verəndə ki, 3-cü Dünya müharibəsində əsas silah hansı olacaq, onlar bildirirdilər ki, 3-cü Dünya müharibəsinin silahı müyyən olmasa da, 4-cü Dünya müharibəsinin silahı ox və kaman olacaq.
İndi görünür ki, böyük dövlətlər artıq bunu məqbul hesab etmirlər, görünür ki, hərbi texnologiyalar çox inkişaf edib və böyük dövlətlər ayrıca götürülmüş bir ərazidə nüvə silahından istifadəni məqbul hesab edirlər. Nüvə zərbəsinə qarşı əks-hücum texnologiyalarına güvənirlər.
Bəzi ölkələrdə mülki-müdafiə ilə bağlı aktivlik də bunun göstəricisidir.
Yəni, böyük dövlətlər artıq lokal nüvə müharibələrini göz altına alıblar .
Putin deyir ki, nüvə zərbəsi blef deyil. ABŞ da deyir ki, Rusiyanın nüvə potensialı nəzarətimizdədir. ABŞ nüvə hücumuna qarşı əks-hücum texnologiyalarının daha effektiv olacağına əminlik nümayiş etdirir.
Hələlik Putini dayandırmaq mümkün olmayıb və bu, real da görsənmir. Yəni, Rusiya xalqının, dünyanın sülh tərəfdarlarının onu dayandıra biləcəyi indiki anda ağlabatan görsənmir.
Qaranlıq qalan odur ki, Rusiya nüvə zərbəsini nə zaman, haradan və haraya endirəcək ?
Osman Gündüz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru