Nikolun “sərhəddə müşahidəçi” hiyləsi – Korotçenko ifşa etdi

29-09-2022, 15:19           
Nikolun “sərhəddə müşahidəçi” hiyləsi –
Rusiyanın tanınmış politoloqu İqor Korotçenko Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifini şərh edib.

Axar.az xəbər verir ki, Korotçenkonun sözlərinə əsasən, Ermənistan bununla Azərbaycanla sərhədin delimitasiyasını və demarkasiyasını pozmağa çalışır.

“Bu gün Azərbaycanla Ermənistan arasında dəqiq sərhəd yoxdur, sadəcə olaraq, təmas xətti var. Beynəlxalq müşahidəçilərin regiona gəlməsi ilə İrəvan mövcud status-kvonu, yəni Azərbaycan ərazisinin bir sıra hissələrinin Ermənistan tərəfindən davam edən işğalını qorumaq istəyir”, - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru