ABŞ və Çin arasında təhlükəli yaxınlaşma

6-06-2023, 11:29           
ABŞ və Çin arasında təhlükəli yaxınlaşma
Amerika ordusu Çin donanması gəmisinin Amerika hərbi gəmisinə yaxınlaşaraq “təhlükəli” manevr etdiyini açıqlayıb. Amerika donanmasının yaydığı görüntülərlə Vaşinqton-Pekin xəttindəki gərginlik bu dəfə daha da artıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın Hind-Sakit Okean Komandanlığı məlumat yayıb.

Məlumata əsasən, ABŞ və Kanada donanmaları 3 iyun şənbə günü Tayvan boğazında birgə təlim keçirib. Qeyd olunub ki, Amerika esmines gəmisi və Kanada freqatı beynəlxalq hüquq normalarına uyğun olaraq boğazdan keçib.

Çin donanmasına aid döyüş gəmisinin 137 metrə yaxınlaşaraq Amerika gəmisinin yolunu kəsdiyi, Amerika gəmisinin isə mümkün toqquşmadan qaçmaq üçün sürəti azaltdığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru