Haaqada Rusiyanın BMT-nin sazişini pozmasının tanınması ilə bağlı dinləmələr başlanıb

7-06-2023, 08:54           
Haaqada Rusiyanın BMT-nin sazişini pozmasının tanınması ilə bağlı dinləmələr başlanıb
Haaqada Rusiyanın BMT-nin antiterror sazişini pozmasının tanınması ilə bağlı dinləmələr başlanıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, iyunun 6-da Ukrayna və Rusiyadan olan hüquqşünaslar müharibə başlayandan sonra ilk dəfə Beynəlxalq Ədalət Məhkəməsində görüşüblər.

Beynəlxalq Ədalət Məhkəməsinin 16 hakimindən ibarət kollegiyası Ukraynann Moskvanın BMT-nin antiterror müqaviləsini pozması ilə bağlı iddiasına baxmağa başlayıb. Ukrayna, həmçinin Haaqa Məhkəməsindən Rusiyanın Krımda tatar etnik qrupuna qarşı ayrı-seçkiliyini dayandırmağı tələb edib.
Ətraflı

Rusiyanın iyunun 8-də keçiriləcək məhkəmə iclasında Kiyevin iddiasına cavab vermək imkanı olacaq.

BMT-nin dövlətlər arasında mübahisələr üzrə ali orqanı sayılan Beynəlxalq Ədalət Məhkəməsinin qərarları məcburidir, lakin icra mexanizmi yoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın 2014-cü ildə nəzarətə götürdüyü Donbasda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını tanıyıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru