Trampdan Bayden haqda sərt sözlər: "Necə axmaq olasan ki..."

24-07-2023, 13:36           
Trampdan Bayden haqda sərt sözlər:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pentaqonun artilleriya sursatlarının çatışmazlığını dünyaya elan edən hazırkı dövlət başçısı Co Baydeni sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda nüvə silahından istifadə risklərinə görə ABŞ tarixində ən təhlükəli dövrdür və prezident postunu hərəkətini başa düşməyən adam tutur.

“Durub dünyaya silahlarımızın tükəndiyini deyən adam...” - Tramp əlavə edib.

O, iddia edib ki, səlahiyyət müddəti başa çatanda ABŞ-dakı hərbi anbarlar ağızına qədər dolu imiş.

“Hər şeyi tükəndirdinsə, bu, dəhşətlidir. Daha betəri bu barədə bütün dünyaya danışmaqdır. Necə axmaq olasan ki, belə bir şeyi deyəsən...", - Ağ Evin keçmiş rəhbəri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru