Daşkəsəndə 21 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - TƏFƏRRÜAT

Bu gün, 09:40           
Daşkəsəndə 21 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - TƏFƏRRÜAT
Daşkəsən rayonunda 20 yaşlı Gəncə şəhər sakini saxlanılıb.

Oxu.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 21 yaşlı İ.Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən, 20 yaşlı Elçin İsmayılov saxlanılıb.

Qətl hadisəsinin bəzi təfərrüatı da məlum olub.

TEREF APA-ya istinadən xəbər verir ki, ötən gün hər iki şəxsin rayonun Xoşbulaq kəndinə istirahətə gediblər. Kənddə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı qətlə yetirilən İlkin Məmmədov hadisəni törətməkdə şübhəli bilinən Elçin İsmayılovun ünvanına nalayiq sözlər deyib.

Bu zaman sonuncu İ.Məmmədova bir neçə bıçaq zərbəsi vurub. Bıçaq xəsarəti alan şəxs xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub. Onların yaxın dost olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.