Ronaldunun "Liverpul"un futbolçusunun dəfnində iştirak etməməsinin səbəbi məlum oldu

6-07-2025, 10:39           
Ronaldunun "Liverpul"un futbolçusunun dəfnində iştirak etməməsinin səbəbi məlum oldu
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu mətbuatda ajiotaj yaratmaq istəmədiyi üçün milli komanda yoldaşı Dioqu Jotanın dəfnində iştirak etməyib.

Oxu.Az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Mənbə Ronaldunun mərhum futbolçunun ailəsi ilə əlaqə saxladığını, lakin onun mərasimdə iştirak etməsinin yaxınlarına narahatlıq yaradacağına inandığını iddia edir.

İyulun 3-də Ronaldu Jotanın qəzada həlak olması ilə bağlı başsağlığı verib.

"Milli komandada hələ yenicə birlikdə idik, təzəlikcə evlənmişdin. Həyat yoldaşına və övladlarına başsağlığı verirəm - bilirəm ki, sən həmişə onlarla olacaqsan. Nur içində yatın, Dioqu və Andre. Hamımız sizin üçün darıxacağıq", - Ronaldu yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru