Rusiyanın geopolitik siyasəti

Bu gün, 08:04           
Rusiyanın geopolitik siyasəti
Rusiyada Azərbaycan Vətəndaşlarına qarşı törədilən cinayətlər ölkənin yüksək dairələrində ölkəmizə qarşı mənfi münasibətin əyani sübutu oldu.
Vaxtaşırı Bakıya qarşı müxtəlif deputat, siyasi şərhçi və veriliş aparıcılarının vasitəsi ilə ultimatum, tənqid, tarix və dövlətçiliyimizi təhrif etmə Moskvada və digər şəhərlərdə yaşayan biznesmen, dövlət xadimi erməni lobbisinin, bu diasporun təsiri altında olan Rusiyalı vəzifəlilərin, anti Azərbaycan ideyalı şəxslərin Cənubi Qafqazda gücünü saxlamaq və dövlətimizin daha da güclənməsinin qarşısını almaq məqsədi daşıyır.
Rusiya hazırda Qarabağ məsələsində nə qədər sülhün, ərazi bütövlüyümüzün tərəfdarı olduğunu bildirsə də reallıq bunu demir.
Ermənistanda xalqı ayağa qalxmağa, Rusiya meyilli qüvvələri hakimiyyətə gətirməyə, ölkədə fəaliyyət göstərən kilsələrin baş keşişlərin bir neçəsinə verilən gizli xüsusi tapşırıqlar əsasında Türkiyə və Azərbaycana qarşı nifrət yaradıb yeni müharibəyə gətirib çıxarmaq və beləcə bölgədə sülhün bərpa olmasına, Türk Ölkələrinin birləşməsinə mane olmaq.
Vaxtilə, 2014 cü ildə Ukraynada eks prezident Yanukoviçin maydan hadisələri nəticəsində istefasından sonra hakimiyyətə gələn Qərb meyilli qüvvələrin Avropa İttifaqına üzv olmaq, NATO blokuna qoşulmaq istəyi Moskvanın Krıma (2014 fevral) müdaxiləsi ilə nəticələndi.
TEREF yazır ki, bunu siyasi şərhçi İsa İsmayılov öz şərhində deyir. TEREF-e siyasi reallığı şərh edən siyasi şərçi fikrini davam etdirərək deyir:
Bir müddət sonra Donetsk və Luqanskda separatçılara dəstək verərək Ukrayna ərazisində ikinci ərazi problemi yaradıldı beləcə, NATO a qoşulmaq alyansın 5 ci maddəsinə mövcud vəziyyət zidd olduğu üçün müşkül işə çevrildi.
2022 ci il fevralın 22 i Donetsk və Luqanskın müstəqilliyi Rusiya tərəfindən tanındı, 24 fevral isə Ukraynaya birbaşa hərbi müdaxilə başladı.
Şəhərləri atəşə tutan, dinc insanları qətlə yetirən, Buça və İrpendə qətliamlar törədən Rusiya artıq Ukraynada oyuncaq dövlətin qurulmasını, hakimiyyətin devrilməsini planlayırdı.
Əgər, Kiyev işğal edilsə, Ölkənin böyük qismi Moskvanın əlinə keçsə idi bu birbaşa olaraq digər post sovet ölkələrinə də təsir edəcəkdi.
Moldovada Dnestryani, Gürcüstanda Cənubi Osetiya və Abxaziya məsələləri gələcək işğal üçün bəhanə rolu oynayırdı.
Vaxtilə, SSRİ dövründə yaradılmış bu ərazi məsələləri gələcək hadisələrə hesablanmışdı.
Ukraynaya 1950 ci illərdə Xruşşov tərəfindən Krım və Donbasın verilməsində məqsəd Kiyevin azadlıq hərəkatı ehtimalı halında burada separatizmi canlandırmaq və o dövrdə Varşava İttifaqının əsas rəqibi olan 1949 cu ildə yaradılmış Şimali Atlantika təşkilatına bu ölkə qoşulmaq istərsə həmin amildən istifadə etməklə üzvlüyün qarşısın almaq.
Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyəti dövründə ciddi dəyişikliklər, Avropa blokuna yaxınlaşmaq meyilləri 2008 ci il avqustu Abxaziya və Cənubi Osetiya bəhanəsi ilə Tiflisin 12 km dək qoşun yeridən Rusiya hələ də qonşu ölkələrə qeyri müstəqil kimi baxdığını sübut etdi.
Qazaxıstan, digər Mərkəzi Asiya respublikalarında hər hansı Rusiyanın maraqlarına zidd xarici siyasət həyata keçirildikdə avtomatik olaraq siyasi arenada onlara qarşı ultimatum xarakterli fikirlər səsləndirilir.
Bir müddət öncə, Qazaxıstanın dövlət kimi tarixdə mövcud olmadığı, Sovet höküməti tərəfindən yaradıldığı ideyası səsləndirmişdi.
Ümumiyyətlə, Rusiyanın yüksək siyasi dairələrində istənilən post sovet ölkəsi əgər bu ölkənin maraqlarına zidd hərəkət edərsə, oxşar fikirlər səsləndirilir.
Artıq Rusiya efirlərində anti Azərbaycan kompaniyasına start verilib.
Rusiyada fəaliyyət göstərən bir sıra anti Azərbaycan anti Türk qüvvələr, vəzifəlilər fürsət düşərsə Ermənistanda yenidən revanşist qüvvələri hakimiyyətə gətirmək Bakıya qarşı müharibəyə cəlb etmək, lazım gəlsə həmin qüvvələrə silah və texnika, maddi yardım etmək, Qarabağı yenidən işğal etdirmək, Türkiyə və Azərbaycanın ortasında hərbi bufer zona yaratmaq, Ölkəmizi iqtisadi sanksiyalarla, savaşla zəiflətmək həyata keçirərlər.
Siyasi şərhçi İsa İsmayılov Elşad Oğlu
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.