"Neftçi" fransalı yarımmüdafiəçini transfer etdi

6-07-2025, 09:08           
"Neftçi" fransalı yarımmüdafiəçini transfer etdi
“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.
Ajans.az xəbər verir ki, fransalı sağ cinah yarımmüdafiəçisi İmad Faraj artıq “Neftçi” ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu AEK (Larnaka) ilə Kipr Kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru