Avstriyada təyyarə qəzası - Ölənlər var

6-07-2025, 09:58           
Avstriyada təyyarə qəzası - Ölənlər var
İyulun 5-də Münxen yaxınlığından havaya qalxan kiçikmühərrikli təyyarə Avstriyanın Zalsburq əyalətinin Pintsqau rayonunda qəzaya uğrayıb.
Meşə ərazisinə düşərək yanan təyyarənin göyərtəsindəki dörd nəfərin hamısı qəza nəticəsində həlak olub. Ərazinin mürəkkəb dağlıq relyefi xilasedicilərin qəza yerinə çatmasını çətinləşdirib və yanğın qismən meşə ərazisinə keçib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır və həlak olanların identifikasiyası aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru