Nazirliyin tabeliyindəki agentliyi üçün 70 min manatlıq "alış-veriş"

6-07-2025, 09:34           
Nazirliyin tabeliyindəki agentliyi üçün 70 min manatlıq "alış-veriş"
Geodeziya və Kartoqrafiya Agentliyi 70 min manatlıq avadanlıq alır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsi video müşahidə sistemi, turniket, şlaqbaum və rabitə avadanlıqlarının satınalınması və quraşdırılması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 70.556,92 manat təşkil edir.

Layihə çərçivəsində təhlükəsizlik və nəzarət infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Geodeziya və Kartoqrafiya Agentliyinə Nazim İsmayılov rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru