Rusiyada hakimiyyətin keçidi başlayıb - Reznikov

25-07-2023, 08:45           
Rusiyada hakimiyyətin keçidi başlayıb - Reznikov
“Vaqner”in rəhbəri Yevgeni Priqojinin uğursuz üsyanından və onun iyunda Moskvaya etdiyi yürüşdən sonra Rusiyada hakimiyyətin keçid anı başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Bu çevriliş Kremldəki rejimin zəiflədiyinin əsl nümunəsidir. Bu o deməkdir ki, onlar bir il əvvəlki kimi güclü deyillər. Mən düşünürəm ki, biz bu qondarma münaqişənin davamını görəcəyik”, - Reznikov bildirib.

Reznikovun fikrincə, artıq Rusiya Prezidenti Vladimir Putinin ətrafındakılar arasında varis uğrunda mübarizə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru