Podolyak: Qərb Ukraynaya dəstəyini dayandırsa...

4-09-2023, 14:48           
Podolyak: Qərb Ukraynaya dəstəyini dayandırsa...
Ukraynanın tərəfdaş ölkələrində seçkilər zamanı mümkün hakimiyyət dəyişikliyi halında Kiyevə dəstək zəifləməyəcək. Söhbət xüsusilə ABŞ-dan gedir.
Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Bəzən belə bir fikir var ki, bu və ya digər ölkədə seçkilər Ukraynaya dəstək formatını dəyişəcək və ya tamamilə dayandıracaq. Əlbəttə, bu, belə deyil", - o bildirib.
Podolyak əmindir ki, heç kim demokratiyanı artıq uduzmuş bir ölkəyə təslim etməyə razı olmayacaq:
"Əksinə, Ukrayna bu dəhşətli müharibə ədalətli bitənə qədər tam şəkildə dəstəklənəcək. Ukraynaya dəstəyi həqiqətən dayandırmaq üçün istənilən namizəd siyasətçi çıxıb birbaşa deməlidir: "Biz Rusiyadan qorxuruq; zəif Rusiyaya uduzmaq istəyirik; biz həmişə sizə yalan danışmışıq ki, azadlıq və demokratiya kimi təməl dəyərləri müdafiə etməyə dəyər; Rusiyanın himayə etdiyi xaosun, müharibələrin, terrorun, qanunsuzluğun dünyaya gəlməsini istəyirik; biz öz torpaqlarını, ailələrini, evlərini müdafiə edən ukraynalıların itirməsini və heç bir qaydaların və beynəlxalq hüququn olmadığı bir dünyada yaşamanızı istəyirik". Əlbəttə, bu mümkün deyil".
Qeyd edək ki, ABŞ-da 2024-cü ildə prezident seçkiləri baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru